Koronavirus pandemiyasının dünyada getdikcə artması bütün insanların narahatçılığına səbəb olur. Lakin bizim ölkəmizdə digər ölkələrdən fərqli olaraq, vəziyyət elə də qorxulu deyil.Çünki ölkəmizdə tibbi qaydalara riayət olunur.Bu çətin dövrdə dövlət başçımız İlham Əliyev Cənabları öz işini layiqincə yerinə yetirir, öz xalqına kömək və dəstəyini əsirgəmir. Covid-19 xəstəliyinin qarşısının alınması məqsədilə,800 çarpayılıq xəstəxana istifadəyə verildi və 1800 çarpayılıq yeni xəstəxana istifadəyə veriləcək.5 xəstəxana artıq fəaliyyətdədir daha 5 yeni tipli xəstəxana inşa olunacaq və bu da onu göstərir ki,biz Koronovirusla bağlı ən pis vəziyyətə hazırıq.Ölkənin 45 xəstəxanasında bu virusla bağlı müalicə alırlar ki,bu xəstəxanaların 36 sı prezident İlham Əliyevin sərəncamı ilə tikilib.Xəstəliyə yoluxanların tempi yüksəkdir,amma vəziyyət nəzarət altındadır.Əhalisinin sayı Azərbaycanla müqayisə olunacaq ölkələrdə 60-70 min yoluxma, ölənlərin sayı isə bizdən 2 dəfədən də çoxdur.Yəni heç biri koronovirusdan sığortalanmayıb.Pandemiya dövründə xüsusi qaydalarımız var.Bizə ən çox köməklik edən Hüquq Mühafizə orqanları və Səhiyyə işçilərimizdir.
Cənab İlham Əliyev müsahibəsində bildirmişdir ki, Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı.Heç bir sosial layihə təxirə salınmadı,əksinə bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətən daha təsirlidir. Bu dövrdə ön planda insanların sağlamlığıdır,iqtisadiyyat isə ikinci plandadır. Pandemiya dövründə 7 mindən çox məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq,şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək.Zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur,85 min ailə yəni 300 mindən çox insan ünvanlı sosial yardım alacaq.
Neftin qiyməti 14 dollar olsa da,biz ayaqda duracağıq.Son illər ərzində elə iqtisadi-maliyyə yaratmışıq ki,biz hər bir böhranla baş edə bilərik.Biz 30 dan çox ölkəyə humanitar yardım göstərmişik.Ancaq bunu heç bir mətbuatda bildirmirik.Çünki, Azərbaycan xalqı heç nəyi piar xətrinə etmir.Bu bizim həmrəylik borcumuzdur!
Prezident İlham Əliyev müsahibəsində bir daha Dağlıq Qarabağ məsələsindən söz açaraq bildirdi ki, Ermənistan BMT-dən üstün deyil.Azerbaycan torpaqlarını işğal edərək,şəhər və rayonlarının adlarını dəyişmiş orada kilsə tikmişlər.Yəni,sabah deyecəklər ki,erməni torpağıdır.Ermənistanın daxili demokratiya və insan haqqları tez-tez pozulur.Avropa isə buna göz yumur.Bunun əsas səbəbi erməni lobbisi və maliyyə vəsaitidir.Erməni lobbisi Ermənistanı bütün təşkilatlardan müdafiə edir.
Son olaraq Cənab prezidentimiz söylədi ki,Qarabağ bizimdir,bizim də olacaq.Biz Milli ordumuzun və xalqımızın sayəsində torpaqlarımızı geri alacayıq,iqtisadiyyatımızı zirvələrdə tutacayıq.Heç bir qüvvə Azərbaycan xalqının gücünü əlindən ala bilməz!
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi Hüseynli Elşən Adil oğlu