Movqe.Az xəbər verir ki, ABŞ-dakı Kaliforniya Universitetinin elm adamları uzun müddət düz saçlara sahib olmaq üçün bütün dünyada qadınların tətbiq etdiyi bir üsul olan Braziliya sac düzləşdirilməsinin (uklatka) xərçəngə yol aça biləcəyini açıqlayıb. Saç düzləşdirmə tətbiqini araşdıran elm insanları, Braziliya üsulu saç fennəməsi zamanı havada xərçəngə səbəb olduğu bilinən "formaldehid" adlı kimyəvi maddənin yüksək nisbətlərdə olduğunu təsbit edib. ABŞ-da salonlarda istifadə edilən məhsullarda yalnız 0.1 faiz nisbətində formaldehid olmasına icazə verilərkən, Braziliya feni üçün istifadə edilən məhsullarda 12 faiz nisbətində bu kanserogen maddədəsi var. Kalifornia Universiteti Cəmiyyət Sağlamlığı Mərkəzindən Mişel Stivart araşdırma nəticələri ilə əlaqədar etdiyi şərhdə "Münasib bir ventilyasiya sistemi qurulmadan edilən Braziliya feni tətbiqləri insanları yüksək nisbətdə kanserogen maddəsinə məruz qoyur" deyib.