Azərbaycan ordusu dövlətin dayağı, xalqın qürur mənbəyidir!
31 İyul 2020 12:44 (UTC+04:00)
Hər bir xalqın, millətin ən doğma yeri onun Vətənidir. Bəs nədir Vətən? Vətən- uğrunda qanlar tökülən,canlar fəda edilən yerdir. Boşuna deyilməyib ki, “Torpaq su ilə qarışsa palçıq, qanla qarışsa Vətən olar”. Bu gün hər birimizin qürur duyduğu, doğulub boya başa çatdığımız, ata-babalarımızın yaşadığı dövlətimiz -Azərbaycan hər birimizin Vətənidir. Ta keçmiş zamanlardan bəri daim düşmən hücumlarına məruz qalmış, xain planlarla torpaqlarımızı ələ keçirməyə çalışmışlar. O zamanlar vahid ordumuz yox idi, canlarını torpaq uğrunda fəda etməyə hazır olan oğullarımızın sayəsində bu gün Azərbaycan ayaqdadır.
1991-ci ildə müstəqil dövlət olduqdan sonra vahid ordu quruculuğuna başlandı. Bu gün ordumuz dünyanın ən güclü orduları arasındadır. Bu sadəcə güclü teknika, artilleriya qurğularına sahib olmaqla deyil, ilk növbədə vətənpərvər, canlarını bir an belə tərəddüt etmədən fəda etməyə hazır olan oğullarımıza görədir.
Artıq 30 ilə yaxındır ki, Ermənistanla müharibə şəriatindəyik. Torpaqlarımızın 20%-i düşmən işğalı altındadır. Azərbaycan hər zaman öz torpaqlarını sülh yolu, danışıqlar yolu ilə geri qaytarmağa çalışıb, lakin bu bizim ordumuzun zəif olduğu və ya müharibədən qorxduğumuz üçün deyildir. Bu gün Ali Baş Komandımız cənab İlham Əliyevin bir əmri ilə döyüşlərə getməyə və torpaqlarımızı almağa hazır olan güclü ordumuz var. Ən əsası isə ordumuzun arxasında olan, ona dəstək verən güclü xalqımız var.
2016-cı ilin aprelində baş verən və tariximizə qəhrəmanlılq nümunəsi kimi yazılan Aprel döyüşləri ordumuzun gücünü bir daha göstərdi. Bir çox əhəmiyyətli yüksəkliklərmiz və kəndlərimiz geri qaytarıldı. Bu kəndlərdə insaların yaşaması üçün hər cür şərait yaradıldı. Bütün cəbhə boyu ərazilərdə və azad olunmuş Cocuq Mərcanlı kimi kəndlərimizdə insanlar ordumuza güvənərək qorxmadan yaşamağa davam edirlər.
İyun ayının 12-dən Tovuz istəqamətində başlayan döyüşlərdə ordumuz böyük qəhrəmanlıq göstərdi. Düşmən hər cür cavab atəşi ilə susduruldu. Xalqımız küçələrə yığışaraq döyüşə getməyə hazır olduğunu bildirərək ordumuza dəstək oldular. Döyüşlərin getdiyi Dondar Quşçu, Ağdam, Öysüzlü kəndlərində vətəndaşlarımız öz evlərini tərk etmədən ordumuza güvənərək torpaqlarında öz təsərrüfaat işlərinə davam etmişdilər. Artıq 50 mindən çox insan səfərbərlik üçün müraciət etmişdir. General -mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev bu qəhrəmanlıq tariximizə adlarını yazdırmış və qəhrəmancasına şəhid olmuşlar. Prezidentiimiz İlham Əliyev bütün şəhidlərimizin ailələri ilə görüşmüş və onlara baş sağlığı vermişdir. Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə ev verilmiş, digər şəhidlərimizə isə bundan sonra da dövlət dəstəyi veriləcəkdir.
Azərbaycanın bu mübarizədə ən böyük dəstəkçisi yenə də qardaş Türkiyə oldu. Son günlərdə yenə də ölkəmizin yanında olduğunu, hər cür dəstək verməyə hazır olduğunu bildirdi.
Güclü ordusu, güclü xalqı, ona hər an dəstək olan Türkiyə kimi qardaşı olan, Mübariz İbrahimov, Fərid Əhmədov,Polad Həşimov, İlqar Mirzəyev kimi qəhrəmanları olan bir dövlət məğlubedilməzdir.
Prezidentimizin dediyi kimi “ Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”.
Düşmənləri lərzəyə salan, təkbaşına düşmənlə döyüşən, onları ağır itkilərə məruz qoyan igid Mübariz İbrahimova kimi şəhidimiz məhz qüdrətli Azərbaycan Ordusunun əsgəridir.
Nəsimi RİH könüllüsü
Vəliyeva Rumiyə