Biz koronavirusa qalib gəlirik

8 Avqust 2020 19:30 (UTC+04:00)

Fevral ayının 27-dən başlayaraq Prezident İlham Əliyevin Sərəncamı ilə koronavirusun qarşısını almaq və əhalimizin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. İlk gündən bugünkü günə qədər İlham Əliyevin tapşırığı ilə Operativ Qərargahda iştirak edən bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görür və bu istiqamətdə gecə-gündüz çalışırlar.
     Ən qısa müddət ərzində Prezident İlham Əliyevin təlimatları ilə Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün xəstəxanaların sayı artırılmışdır. Bütün xəstəxanalar bu xəstəliklə mübarizə aparmaq üçün ləvazimatlarla təmin edilmiş və tam olaraq hazır vəziyyətə gətirilmişdir. Hətta bəzi xəstələrin evlərində müalicəni davam etdirə bilməsi üçün də lazımi tədbirlər görülmüşdür.
     Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı digər ölkələrlə müqayisədə çox yaxşıdır. Bunu faktlara və statistikalara əsasən müşahidə etmək mümkündür.
     Cənab Prezidentin tapşırığı ilə bu xəstəliklə əlaqədar bütün resurslar - maliyyə, inzibati və digər resursların hamısı buna yönəlməlidir. Mən xüsusən də xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərimizə və tibbi personala xüsusi qayğı göstərildiyini qeyd etmək istərdim. Prezidentin Sərəncamına uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personalın əməkhaqqları artırılmışdır.      
     Bununla yanaşı, Prezident İlham Əliyevin təlimatı ilə digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmişdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır.
     Bir məsələni qeyd etmək istəyirəm ki, Operativ Qərargah qarşıya qoyulan vəzifələri məsuliyyətə icra edir və bundan sonra da xalqımızın sağlamlığı üçün əlindən gələni edir.Son günlərdə sağalanların sayının artması və yoluxmanın azalması bunun bariz nümunəsidir.

 

Hakim Mürşüdov
Nəsimi RİH könüllüsü