Bizim gücümüz birliyimizdədir
8 Avqust 2020 20:24 (UTC+04:00)
Ölkə rəhbəri İlham Əliyev cənablarının Covid-19 virusuyla və ölkədəki iqtisadi və siyasi vəziyyətlə bağlı 06.08.2020-ci il tarixində keçirdiyi müşavirə mövcud vəziyyətlə bağlı yeni addım oldu. O müşavirədə geniş və ətraflı çıxış edərək görülmüş işləri müzakirə edərək görüləcək işlərdən danışdı.
Cənab Prezident bildirdi ki, neçə müddətdir bu virus pandemeyasina qarşı mübarizə aparırıq. Çox işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir. Qabaqlayici tədbirlər hələ də davam edir. Bu da onu deməyə bizə əsas verir ki, biz bu pandemiyadan az itkilərlə qurtaracağıq. Bu işdə əsas işi görən həkimlərimiz oldu. Məhz onların yorulmaz fəaliyyəti nəticəsində bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.
Hal hazırda ölkədə fəaliyyətdə olan 46 xəstəxana bu virusa yoluxan insanlara xidmət edir. Burada yüksək peşəkar həkimlərimiz çalışır.
Ölkə rəhbərimiz onu da qeyd etdi ki, karantin rejimi insanları yordu və bizim hamımız yorulduq. Artıq bu ayın əvvəlindən yoluxma hallarının azalması müsahibə olunmaqdadır. Ancaq biz gərək arxayinlasmayaq, vətəndaşlarımız da diqqətli və məsuliyyətli olmalıdırlar. Çünki bu xəstəlik qoça, ya cavan tanımır.
Doğrudan da bizim gücümüz birliyimizdədir. İnsanlarımızın bu dövrdə qayda-qanunlara tam riayət edərək dövlət-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etdilər.
Ölkə rəhbəri cənab İlham Əliyev hər zaman çıxışlarında qeyd etmişdir ki, mənim üçün əsas olan xalqımızın sağlamlığıdır.
Bu da Azərbaycan dövlətinin, onun başçısının hər zaman xalqının yannda olmasını sübut edir.
Azərbaycan Respublikası bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan bir dövlətdir. O, gundən-günə müasirləşir, abadlaşır, gözəlləşir. Bu inkişaf təkcə mərkəzdə deyil, eləcə də ölkənin digər bölgələrində də davam edir.
Biz Azərbaycanımız və onun Prezidenti ilə fəxr edirik.
Gülnarə Hacıyeva
Nəsimi rayonu