Mikayıl Cabbarov səfirləri qəbul etdi

31 İyul 2013 21:30 (UTC+04:00)
Bu gün təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinger ilə görüşüb.

Mövqe.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.