Tbilisi prospektinin bağlanan hissəsi yaxın 1 saata açılacaq

1 Avqust 2013 11:42 (UTC+04:00)

Bakı şəhərinin Tbilisi prospektində təmir işləri ilə əlaqədar bağlanan avtomobil yolunun 500 metrlik hissəsi yaxın 1 saat ərzində açılacaq.


Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

Onun sözlərinə görə, Tbilisi prospektində "20 Yanvar" metro stansiyasından Salamzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar bağlanılmışdır: "Artıq avtomobil hərəkəti üçün məhdudlaşdırılan yol hissəsində bütün işlər başa çatdırılıb və yaxın bir saat ərzində yol açılacaq".

 

P.Mürsəliyev onu da bildirib ki, sözügedən yol hissəsində köhnə asfalt-beton örtüyü qaşınıb və yenisi ilə (ikiqat) əvəz olunub, kommunikasiya quyularının qapaqları dəyişdirilib və artıq yolda xətlənmə işləri də başa çatdırılıb.