Tsvangiray Zimbabvedə seçkiləri şou adlandırıb
2 Avqust 2013 11:21 (UTC+04:00)
Zimbabvenin Baş naziri Morqan Tsvangiray çərşənbə günü ölkdə
keçirilən seçkiləri şou adlandıraraq, seçki nəticələrini qəbul
etməyəcəyini bildirib.
Prezidentliyə namizəd olan Tsvangiray müxbirlərin suallarına cavab
verərək, rəqibi - prezident Robert Muqabeni səsverməni
saxtalaşdırmaqda ittiham edib. Prezident Muqabe bu ittihamları rədd
edir.
Cənab Muqabenin müttəfiqləri uzun müddətdir ölkənin prezidenti və
onun partiyasının seçkilərdə asanlıqla qələbə çaldığını
bildirib.
Zimbabvenin Mərkəzi Seçki Komissiyası səslərin hələ hesablandığını
bildirərək, nəticələri hələ açıqlamayıb. Komissiya səsvermənin
"azad və ədalətli" keçdiyini deyərək müdafiə edib.
Seçki rəsmiləri nəticələrin gələn həftənin bazar ertəsi günü
açıqlanacağını bildiriblər.
89 yaşlı Robert Muqabe və 61 yaşlı Morqan Tsvangiray president
seçkisində iki əsas namizəd olublar. Bu, Morqan Tsvangirayın ölkəni
1980-ci ildən bəri idarə edən Robert Muqabe üzərində qələbə çalmaq
üçün üçüncü cəhdidir.