Movqe.Az xəbər verir ki, ABŞ Xarici işlər nazirliyi, ABŞ-ın dünya daxilində normalda bazar günləri açıq olan səfirliklərinin, təhlükəsizlik səbəbindən ötəri bu bazar bağlanılacağını söyləyib.
Nazirlik Spiker müavini Marie Harf, gündəlik mətbuat brifinqində etdiyi şərhdə, "Xarici İşlər Nazirliyi, bəzi ABŞ səfirlikləri və konsolluqlara 4 Avqust Bazar günü bağlı qalmaları və ya fəaliyyətlərini təxirə salmaları təlimatını verib" deyib.
"Təhlükəsizlik qayğılarının, onları belə bir tədbir almağa məcbur etdiyini" söyləyən Harf, bu qayğıların nələr olduğuna və haradan qaynaqlandığına dair məlumat verməyib. Harf, 4 Avqustda bağlı olacaq səfirlik və konsulluqların hansıları olduğu mövzusunda da məlumat verməyib. Xarici İşlər Nazirliyi səlahiyyətlisi, bunların, normalda bazar günləri açıq olan səfirlik və konsulluqlar olduğunu söyləyib. ABŞ-ın müsəlman coğrafiyasındakı bəzi diplomatik missiyaları bazar günləri fəaliyyət göstərir.