Movqe.Az xəbər verir ki, İraqın şimalında 4,5 bal gücündə zəlzələ meydana gəlib. Zəlzələnin saat 04.10 -da baş verdiyi bildirib. Yerin 4 kilometr dərinliyində yaranan sarsıntı, İraq sərhəddinə yaxın yerləşən qardaş Türkiyənin Hakkari və Şırnak mahalında da hiss olunub. İraqın şimalında 05.12 radələrində yenidən 3,3 böyüklüyündə təkan yaranıb.