Şəkidə 80 qaraçı saxlanılıb
2 Avqust 2013 21:00 (UTC+04:00)
Şəki polisi qaraçıları saxlayıb. Kanal S xəbər verir ki, Şəki
polisi müqəddəs Ramazan ayında ziyarətgah və qəbiristanlıqların
qarşısında dilənən qaraçıları tutub. Reydlərdə insanların dini
həssaslığından istifadə edərək pul qazanan 80-a yaxın dilənçi
saxlanılıb. Saxlanılanların hamısı Yevlax və Ağdaş rayonunun
sakinləridir, onların da əkəsriyyətini qadınlar və azyaşlı uşaqlar
təşkil edir.
Bu insanlar mütəmadi olaraq, dini bayramlar ərəfəsində Şəkiyə
gəlir, dilənərək insanlardan pul qoparırlar. Bundan başqa,
qaraçılar yaşayış evlərini gəzir özlərini falçı kimi təqdim edərək
evlərə daxil olurlar. Bu yolla insanların etibarından istifadə
edərək, pul və qızıl-zinət əşryalarını oğurlamaqla məşğul olurlar.
Dəfələrələ bu cür cinayətlərlə bağlı polis orqanlarına müraciətlər
daxil olub.
Maraqlıdır ki, qaraçıların özləri bu məşğuliyyətə, sadəcə, çörək
pulu qazanmaq yolu kimi baxır. Qaraçılar asan pul qazanmaq yolu
kimi seçdiyi bu məşğuliyyəti biznesə çevirib. Onlar məşğuliyyəti
üçün şablon sözlər seçir, müxtəlif donlara girirlər. Müəyyən
zonalarda etibarı itirdikdən sonra isə onlar fəaliyyət zonalarını
dəyişirlər.
Müxtəlif rayonlara səfərlərini təmin etmək üçün isə onların xüsusi
nəqliyyat vasitələri və sürücüləri də var. Şəki polisi qaraçılarla
yanaşı, onları nəqliyyatla təmin edən sürücüləri də saxlayıb.
Sakinlərdən belə insanların yalanlarına inananmamaq, cinayət
halları ilə qarşılaşdıqla dərhal polisə məlumat vermək xahiş
olunur.
Qeyd edək ki, qaraçıların çirkin əməllərinin və baş verə biləcək
oğurluq hallarının qarşısını almaq üçün Şəki polisi bayram günləri
ərzində reydləri davam etdirəcək.