Azərbaycanda yol qəzası: 7 nəfər xəsarət alıb
2 Avqust 2013 21:30 (UTC+04:00)
Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində iki
avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. APA-nın
verdiyi məlumata görə, hadisə bu gün saat 15.30 radələrində yolun
134-cü kilometrliyində qeydə alınıb. 1993-cü il təvəllüdlü Dəmirov
Azər Araz oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 RV 230 dövlət
nömrə nişanlı avtomobillə Tovuz sakini İsayev Ramil İdris oğlunun
idarə etdiyi "Opel" markalı 99 PX 051 dövlət nömrə nişanlı
avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ 2107"nin sürücüsü və sərnişini, 1991-ci il
təvəllüdlü İgdəliyev Rəşad Ramiz oğlu ağır vəziyyətdə Şirvan şəhər
Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə
yerləşdirilib.
"Opel" markalı avtomobilin sərnişinləri - bir ailənin 5 üzvü Bakı
sakinləri, 1982-ci il təvəllüdlü Əliyev Vüsal Arif oğlu, 2007-ci il
təvəllüdlü Əliyeva Sevan Vüsal qızı, 2005-ci il təvəllüdlü Əliyev
Səlcuq Vüsal oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Həyat Yeylağ qızı
və Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əliyeva Məlahət Rza
qızı müxtəlif dərəcəli xəsarətlərlə Hacıqabul Mərkəzi rayon
Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.