Yaponiyada tayfun 30 min evi işıqsız qoydu

1 Sentyabr 2020 08:14 (UTC+04:00)

Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasında ən az 31 450 ev leysan yağışlar və bölgəni bürümüş tayfunun əsdirdiyi güclü küləklər səbəbiylə elektrik enerjisiz qalıb.

Mövqe.az-ın bildirdiyinə görə, Trend TASS-a istinadən xəbər verir ki, ən azı dörd nəfər yaralanıb. Fəlakət səbəbindən yerli Naha Beynəlxalq Hava Limanı bu gün saat 12:00-a qədər (07:00 GMT+4) bağlanıb.

Hazırda tayfun Çinə tərəf yönəlir. Mərkəzi hissəsində küləyin sürəti 45 m/s-dir. Bu 2020-ci ildə Sakit Okeanda qalxan doqquzuncu tayfundur.