E-imza alanların sayı 15 mini keçib
5 Avqust 2013 15:45 (UTC+04:00)
"Azərbaycanda e-imza alanların sayı sürətlə artır.
Bu rəqəm 15 000-i keçib. Demək olar ki, elektron imzanın tətbiqi
dövlət qurumlarında genişlənir".
Bu sözləri Mövqe.az-a açıqlamasında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi yanında Məlumat Hesablama
mərkəzinin direktoru Nail Mərdanov deyib. Onun sözlərinə
görə, e-imzanın praktiki olaraq tətbiqi dövlət orqanlarında
üstünlük təşkil edir: "Demək olar ki, e –imza alanların sayı hər
gün artır. Vətəndaşın dövlət qurumlarına müraciətini, qurumlar
arası sənədləşmələri asanlaşdırmaq üçün böyük əhəmiyyətə malik olan
elektron imzaya maraq sadə vətəndaşlar tərəfindən
böyükdür".
N. Mərdanov e-imza alanların regionlar üzrə də
sayında artım olduğunu söyləyib.