Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 59 hərbçi saxlanılıb

1 Sentyabr 2020 13:46 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin 30 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatının rəhbərləri ilə telefon əlaqəsi saxlamaqda şübhəli bilinən 76 üzvündən 59-u saxlanılıb.

Şübhəli bilinən digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.