Çinin səhm bazarının dəyəri 10 trilyon dollara çatıb

2 Sentyabr 2020 11:04 (UTC+04:00)

Çin birjalarında tədavüldə olunan səhmlərin ümumi dəyəri 10 trilyon ABŞ dollarına çatıb. 

Mövqe bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hazırda Çinin səhm bazarı dünyada yalnız ABŞ-dan geri qalır. Bu ölkənin birjalarındakı səhmlərin ümumi dəyəri 37,9 trilyon ABŞ dollarıdır. 

Xatırladaq ki, Çin sonuncu dəfə 10 trilyon dollarlıq göstəriciyə 5 il əvvəl, 2015-ci ilin iyun ayında yaxınlaşıb. Amma bundan sonra birjalarda qiymətli kağızların kütləvi satış dalğası yaşanıb.