Ukrayna MDB çərçivəsində imzalanmış daha üç sazişdən çıxıb.
Mövqe-nin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna hökuməti bu gün qərar qəbul edib.
Qərara əsasən, Ukrayna veterinarlıq, MDB iştirakçısı ölkələrin ərazisinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq və MDB üzvlərinin bitki karantini üzrə Koordinasiya Şurasının yaranması haqqında sazişlərdən çıxıb.
Qeyd edək ki, Ukrayna bundan əvvəl də MDB çərçivəsində imzalanmış bir neçə sazişdən çıxdığını elan edib.