Rusiyada mal-qarada təhlükəli infeksiya aşkar edilib

4 Sentyabr 2020 11:06 (UTC+04:00)

Rusiyanın Xabarovsk vilayətində inəklərdə yoluxucu nodulyar dermatit xəstəliyi aşkar edilib.

Trend-in məlumatına görə, yoluxma fermaların birində 3 baş inəkdə aşkar edilib.

Bu təhlükəli infeksiyanın qarşısının alınması üçün bölgədəki iribuynuzlu mal-qaranın peyvəndlənməsi qərara alınıb. Peyvəndlənmə Xabarovskda 3 minədək mal-qaranı əhatə edəcək.

 

Qeyd edək ki, nodulyar dermatit xəstəliyi qansoran həşəratlar tərəfindən keçir və hava-damcı yolu ilə digər heyvanlara yoluxa bilir. Xəstəlik özü ölümcül olmasa da, xəstə inəklərin südünün məhv edilməsi tövsiyə olunur.