Rusiya 20-yə yaxın "Topol" ballistik raketini məhv edəcək

4 Sentyabr 2020 16:52 (UTC+04:00)

Rusiya 2022-ci ilin sonunadək 18 ədəd “Topol” qitələrarası ballistik raketini məhv etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Roskosmos” agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bu addım Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının ehtiyatlarının yenilənməsi ilə əlaqədar atılır.

Raketlərin məhvinin 2022-ci ilin noyabırn 30-dək başa çatması planlaşdırılır. Bu prosesə ümumilikdə 2,2 milyon dollardan çox vəsait ayrılıb.

Rusiya ordusu “Topol” raket komplekslərini “Yars” kompleksləri ilə əvəz edəcək.