Bakıda oğul atasını ölümcül bıçaqladı

7 Sentyabr 2020 17:05 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mövqe-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Xəyyam Məmmədov münaqişə zəminində onunla birlikdə yaşayan atası Qəhrəman Məmmədovu bıçaqlayıb. Zərərçəkmiş Klinik Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.