Vaxtından əvvəl I sinfə qəbul üzrə komissiyaları fəaliyyətə başladı
7 Avqust 2013 16:23 (UTC+04:00)
Mikayıl Cabbarovun "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə
17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə müvafiq olaraq Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 224 nömrəli
əmr imzalayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun
müdiri Zəminə Əliqızının Movqe.az-a
verdiyi məlumata görə, əmrə əsasən "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nı təmin etmək
məqsədilə valideynlərin ərizələri 20 iyul 2013 – cü il tarixindən
başlayaraq 20 avqust 2013 – cü il tarixinədək qəbul ediləcək.
Vətəndaşlar Təhsil İdarəsinə (Ünvan: X.Şuşinski, 17, tel: 441- 06 -
99) ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin əslini
və surətini, 3x4 sm ölçüdə 1 ədəd şəklini təqdim etməlidirlər.
Ərizələrin qəbulu istirahət və bayram günləri istisna olmaqla hər
gün saat 10 : 00 - dan 17 : 00 – dək davam edir. Qeyd edək ki,
"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan
dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil
edilib. Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə
qəbul olunmaq istəyənlərlə müsahibənin aparılması üçün komissiyalar
yaradılıb. Komissiyaların işi 5 avqust 2013 – cü il tarixindən
Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə (Ünvan: M.Qasımov, 6,
tel: 440 – 60 - 81) təşkil olunub. Hazırda xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 6
komissiya fəaliyyət göstərir. Hər bir komissiya ibtidai sinif
müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət olmaqla 5
nəfərdən təşkil edilib.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün
keçirilən müsahibə saat 9:00 – dan 18:00 – dək davam edir. Təhsil
Nazirliyinin təsdiq etdiyi Qaydalara uyğun olaraq uşaqla tədris
alacağı dildə 15 - 20 dəqiqə ərzində müsahibə aparılacaq. Zehni
keyfiyyətlərinin aşkara çıxarılması üçün uşaqlara 4 sual veriləcək.
Hər bir suala cavabın 5 ballıq şkala üzrə qiymətləndirilməsi
nəzərdə tutulur. Ən azı 15 bal toplamış uşaq zəruri zehni
keyfiyyətlərə malik hesab olunur. Müsahibə sentyabrın 10 – da
başa çatacaq.