İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

15 Sentyabr 2020 14:35 (UTC+04:00)

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisası istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilir.

Təhsil Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, sənəd qəbulu üzrə son müraciət tarixi 20 sentyabr 2020-ci ildir.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.