Hal-hazırda bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyərək öz mənfi təsirlərini göstərməkdədir. Lakin buna baxmayaraq dövlət başçısı tərəfindən vaxtında görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatı belə bir ağır şəraitdən az zərərlə çıxmaqdadır. Prezident İlham Əliyevin düzgün mövqeyi, strateji siyasəti nəticəsində Azərbaycan günü gündən çiçəklənən ölkəyə çevrilməkdədir. Biz bunu istər iqtisadiyyat, istər idman, istərsə də mədəniyyət sahəsində əldə olunan uğurlar sayəsində görürük.
Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsindən biri də sənayeləşmədir. Burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsidir. 14 sentyabr 2020-ci il tarixində “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək mərkəzdə yaradılan şəraitlə tanış olmuşdu. Mərkəzin binası 6 korpusdan ibarət olmaqla 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Prezident İlham Əliyey öz çıxışında qeyd edərək bildirmişdir ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir.
Prezident İlham Əliyev çıxışında daxili tələbatın yerli məhsullar hesabına ödənilməsinin vacibliyi məsələsinə toxunaraq burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu olduğunu vurğulamışdır.
Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir.
Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon