"Gələcəyimizin zəmanəti uğura aparan mövqeyimizə bağlıdır"
15 Sentyabr 2020 20:40 (UTC+04:00)
Azərbaycan, gözəlliyi,sərvəti ,qüdrəti ilə hər zaman öndə olan,torpağının altı qızıl, üstü qızıl bir cənnət diyarıdır.Bu torpağın hikməti dəyərində ,bu torpağın bərəkəti sərvətində ,qüdrətindədir.Cörəyi bol ,suyu məlhəm Azərbaycanım ! Hər zaman,hər sahədə çiçəklənən doğma yurdum! Özün kimi igid, hünərli ,qabiliyyətli oğul, qızlar yetişdirmisən ki,sərvətinə yiyə durub ,qoruyur,gələcək nəsillərin işıqlı gələcəyinə zəmanət verirlər .Çox nailiyyətlərə nail olmuşuq,olacagıqda. Neft sənayesinin inkişafı, bir çox qeyri neft sektoru üzrə həm aqrar sahədə ,həm iqtisadi , sənaye inkişaf sahəsində uğurlar əldə etmişik . Bu da ölkə daxilində sənaye və kimya sənayesi sahəsində qazandığımız uğurlar sərvətimizə qatılan sərvətdir . Əldə olunan nailiyyətlər ,yüksək potensialı kadrların yetişməsi üçün qoyulan sərmayə, daha uğurlu gələcəyə zəmanət verir .Bu yaxınlarda möhtərəm prezidentimiz İlham Əliyev Sumqayıt Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzinin açılışında çıxış edərək kadr siyasətinin prioritet ləri haqqında fikir bildirmişdir ki ,bu da xalqımızın , dövlətimizin həm siyasi, həm iqtisadi baxımından uğurlu gələcəyə zəmanəti olaraq yüksək səslənir.Sumqayıt şəhəri ümumiyyətlə Azərbaycanın,ümumi Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir .Bu il Sumqayıt şəhərində şüşə zavodunun isə dusməsi bir daha görülən işlərin böyük potensialından bəhs edir. məqsəd daxili bazarı yerli məhsullarla təmin etməkdən savayı ölkə üzrə xarici ixracatın gücləndirilməsidir. Tədiyyə balansının müsbət səviyyədə saxlanılması ucun bizə yuksək ixracatlı ,keyfiyyətli məhsullar istehsal olunmalıdır ki ,ölkənin gəlir mənbəyinə yüksək təsir göstərə bilsin.Bu işdə Sumqayıt şəhərinin xüsusiilə də Kimya Sənaye Parkının gördüyü işlər böyükdü .Mövcud ,potensial iş fəaliyyətinə nəzəri baxımdan istinad edərək bildirmək istəyirəm ki ,Sumqayıt şəhəri bir sənaye şəhəri olaraq sərmayə qoyulması üçün çox əlverişli bir mövqedədir.Xarici investorların gətirdiyi iş təcrübəsi bizim potensial gücümüzlə tam səsləsib ölkəyə yüksək mənfəət ,gəlir əldə etməyə tam zəmanətli ola bilər.Azərbaycan hər sahədə yüksək potensial gücə malik ölkədir .Bizim gələcəyə uğurlu keçidimizi reallaşdıran ,həm siyasi ,həm də iqtisadi potensial gücə malik insan resurslarına ehtiyacımiz var.Bu da möhtərəm prezidentimizin quruculuq yolunda daim irəli addımlayan inkişafa tərəf tutduğu mövqedən bəhrələnərək uğurlu bir işin təşkilinə çevrilib və fəaliyyətdədir .Artıq bir çox potensiallı kadrlar yetişdirilib ki,bu da böyük uğurlarımızdan biridir .Daim uğur qazanacağınıza əminlik bəxş edən inkişafımızın arxasındayıq .Onu dəstəkləyir, irəliləməsi üçün hər cür çətinliyin öhdəsindən gələcəyik .Yetər ki ,hər sahədə olduğu kimi, bu sahədə də Prezidentimiz İlham Əliyevin yanında olaq,birgə çalışaq,gələcəyimizin xoşbəxtliyinə zəmanət verə bilək .
Ağalarova Təranə
Nəsimi rayon sakini