Təbii ki, perspektiv olaraq, həm idxaldan asılılığı aradan qaldırmaq, həm də ixrac imkanlarının genişləndirilməsində bu parkın rolunun artacağı gözlənilir.
“Xüsusən də, yeni müəssisələrin istifadəyə verilməsi və Peşə Təhsili Mərkəzinin açılışının reallaşması da birmənalı şəkildə ondan xəbər verir ki, park eyni zamanda, innovativ məhsulların istehsalını həyata keçirəcək. Bu kontekstdən pandemiyanın davam etdiyi aylarda, eyni zamanda post-pandemiya dövründə yerli istehsalın dəstəklənməsi təbii ki, Azərbaycan üçün prioritetdir. Güman olunur ki, parkda Peşə Təhsili Mərkəzinin istifadəyə verilməsi parkın innovativ məhsul istehsalına pozitiv təsir göstərəcək. Bu da nəticə etibarı ilə qeyri-neft sektorunda müqaisəli məhsul istehsalının artması anlamına gəlir. Məhz imkanların genişləndirilməsi və bu kontekstdən də ixracın artması müşahidə olunacaq. Eyni zamanda təbii ki, yerli məhsulların bazara çıxarılması idxaldan asılılığın aradan qaldırılmasına xidmət edir. Bu, valyutanın ölkədə qalması baxımından çox vacibdir. Peşə Təhsili Mərkəzinin açılışı ondan xəbər verir ki, pandemiya dövründə də iqtisadi siyasət və eyni zamanda, islahatlar davam etdirilir və bu islahatların hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələnməsidir. O baxımdan biz post-pandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda əldə edə biləcəyik və potensial post-pandemiya dövründə də imkanların genişləndirilməsi və xüsusən də, qeyri-neft sektorunda Azərbaycanın müqayisəli üstünlüyünün artması və təbii ki, yerli istehsalın da genişlənəcəyi gözlənilir”
Nesimi rayon sakini
Rahib Hacıyev