Bilal Əliyevin rəqqasə ilə evli olan bacısı oğlunun əxlaqsızhərəkətinə münasibəti
8 Avqust 2013 12:06 (UTC+04:00)
Xalq artisti Bilal Əliyev adını özünə soyadı etmiş bacısı oğlu
Bəxtiyar Bilalın əxlaqsız hərəkətlərinə münasibət bildirdi. ANS
PRESS-in məlumatına görə, xalq artisti rəqqasə ilə evli olan bacısı
oğlunun arvadının sevgilisi ilə bir evdə yaşamasından danışmaq belə
istəmədi. Eşitdiklərindən dəhşətə gələn Bilal Əliyev ANS PRESS-ə
açıqlamasında, heç kimin hərəkətlərinə görə cavab vermək
istəmədiyini bildirdi: "Əvvəla, mən özümdən başqa heç kimin, heç
bir hərəkətinə cavabdeh deyiləm. Mən bütün varlığımla xalqıma bağlı
adamam və mənim xidmətim təkcə qohum-əqrəbam üçün deyil. Kim nə
hərəkət edir, yalnız özü cavabdehdir. Bəzi insanlar tanınmış
simaların adından istifadə edib öz çirkin əməllərində istifadə
edir. Misal üçün filankəsin qardaşı oğlu filan hərəkəti etdi,
bacısı oğlu bunu elədi... Birdəfəlik hamınıza cavab verirəm, belə
cəhənəmə etdi! Gedin özündən soruşun. Bəlkə biri dəlidir, o insanın
heç şərəfi yoxdur. Bəlkə onların oturub-durduğu adam ermənidi.
Bəlkə şəxsiyyətini pula satıb. Axı bir vicdansız insanın etdiyi
hərəkətə görə başqa insan niyə cavab verməlidir?
Xalqın gözü tərəzidir, hər şeyi düzgün çəkidə ölçməyi yaxşı bilir.
Mənim media işçilərinə bir sualım var; Mənim bu boyda xalqım üçün
etdiyim xidmətləri unutduzmu? Mənim adımı bəzi ünsürlərin adının
qarşısında hallandıranda heçmi əzab çəkmədiniz?
Bu orucluq günlərində hətta Avropaya və Rusiyaya səfərlərim olub.
Buna baxmyaraq bir gün də olsun orucumu qəzaya saxlamamışam.
Ramazan ayında toylara da oruclu gedirəm. Vaxtlı-vaxtlında namazımı
qılıram, dualarımı oxuyuram. 6 dəfə Allahın evini ziyarət etmişəm.
80 yaşlı atamın qulluğunda dayanıram. Uşaqla uşaq kimi, böyüklə
böyük kmi davranıram.
Nəzirimi, xüms-zəkatımı vermişəm, kasıblara əl tuturam, İldə 10-dan
çox qurban kəsib insanlara paylayıram. Bildiyim qədər heç bir
şərəfsiz hərəkət etməmişəm. Mən öz hərəkətlərimin hesabatını
verirəm, başqalarının deyil."