Bayram günlərinin hava proqnozu
8 Avqust 2013 12:19 (UTC+04:00)
Movqe.az Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun
08-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı gözlənilir. Gün ərzinə bəzi yerlərdə qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26
dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 08-də
şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın
temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz
18-23 dərəcə isti olacağı gözlənilir.
Ramazan Bayramında Respublika ərazisində
gözlənilən hava şəraiti isə belədir. Avqustun 08-də gecə və
səhər əsasən Respublikanın şimal rayonlarında, gündüz isə ayrı-ayrı
yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, axşam dağlıq
və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı
gözlənilir. Avqustun 09-da əsasən gecə və
səhər saatlarında Respublikanın bəzi rayonlarında hava şəraitinin
yağışlı olacağı, avqustun 10-da gündüz yağışın tədricən kəsiləcəyi
gözlənilir.
Avqustun 11-də əksər rayonlarda hava
şəraitinin yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə
müqayisədə 3-5 dərəcə yüksələcəyi gözlənilir.