Nazirlikdən məktəbli forması ilə bağlı açıqlama

10 Avqust 2013 14:00 (UTC+04:00)

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı suallara cavab verib. Movqe.az xəbər verir ki, nazirlik respublikanın ümumtəhsil müəssisələrində məktəbli formasının necə seçilməsinə aydınlıq gətirərək bildirib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir.Məktəbli formalarının qiymətinə gəlincə, qedy edilib ki,məktəbli formaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq olunmuş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı"na daxil deyil. Məktəbli formalarının tikilməsi ilə məşğul olan təşkilatlar bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərdiyi üçün həmin qurumlara daim tövsiyə edilir ki, məktəbli formalarının hamıya münasib olması üçün onların qiymətinə maksimum diqqət yetirilsin. Bu baxımdan Təhsil Nazirliyinin tələbi yalnız ondan ibarətdir ki, məktəbli formaları müvafiq dövlət qurumlarının müəyyənləşdirdiyi standartlara cavab versin. Onu da qeyd edək ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi əsasında müəyyən edilir.