Əflatun Amaşov Nicat Dağları ziyarət edib-(Fotolar)
11 Avqust 2013 18:50 (UTC+04:00)
Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov Almaniyadan
müalicədən qayıdan tanınmış jurnalist Nicat Dağları ziyarət edib.
Movqe.az Musavat.com-a istinadən xəbər verir ki, Nicat Dağlar
səhhətinin normal olduğunu, özünü çox yaxşı hiss etdiyini və ona
göstərilən dəstəyə görə Mətbuat Şurasına və şəxsən Əflatun Amaşova
dərin təşəkkürlərini çatdırıb.
Mətbuat Şurasının sədri öz növbəsində Nicat Dağları sağlam və
aralarında görməyin çox böyük sevindirici olay olduğunu
vurğulamaqla yanaşı dövlətin hər zaman öz jurnalsitinə sahib
çıxdığını dilə gətirib. Əflatun Amaşov öz adından ölkə başçısı
İlaham Əliyevə dərin təşəkkürünü bildirib, N.Dağların müalicəsini
öz üzərinə götürməklə çox böyük və humanist bir addım atdığını
xüsusi qeyd edib. Qeyd edək ki, Nicat Dağlar Almaniyaya iyulun
26-da getmişdi. Xatırladaq ki, Nicat Dağların müalicəsinə lazım
olan bütün xərcləri prezident İlham Əliyev öz üzərinə götürüb.