Ulu öndər Heydər Əliyev sovet ittifaqında hakimiyyətdə olduğu müddətdə erməni təxribatçılarının xəyallarını gerçəkləşdirməyə imkan verməmişdir.Ancaq Heydər Əliyev Sovet ittifaqından uzaqlaşdıqdan sonra ermənilər bu xəyallarını gerçəkləşdirmək cəhdlərinə başladırlar.
Ermənistanın bu günkü rəhbərliyi ölkəni dağıtmağa davam edir.Keçmiş rəhbəliyi də indiki rəhbərlik kimi eyni şəraiti yaratdığına görə 2 il bundan əvvəl ermənistanda çevriliş baş vermişdir.
Nikol paşinyan ermənistandaki çətin vəziyyəti başa düşür.Buna görə də dəfələrlə Azərbaycan rəhbərliyinə yalvarmış və atəşkəsin möhkəmlənməsinə can atmışdır.
Bir neçə ay bundan əvvəl Ermənistan ordusu Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozub müharibə başlatmağa cəhd etmişdir.Lakin Azərbaycanın Qüdrətli ordusu bu cəhdin qarşısını qətiyyətlə alımışdır və düşmənə çox ağır zərbələr vurmuşdur. Ermənilər bu məğlubiyyəti qələbəyə çevirməyə çalışsalarda Azərbaycanın MN-i tərəfindən yayılan görüntülər bir millətin necə yalançı millət olduğunu göstərir.
Bütün dünya bilir ki, Ermənistan uğursuz ölkədir. Onun iqtisadiyyatının hansı səviyyədə olması bütün dünya ölkələrinə məlumdur. Bazarları məhdud, əhali sayı azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Eyni zamanda heç bir ölkəyə investisiya qoymur. Bir sözlə çönmüş Ermənistan kiməsə acıq vermək üçün boş fikirləri sosial şəbəkələrdə gülməli bir tərzdə ifadə edir. Əgər kimə görəsə belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur.
Cənab Prezident İlham Əliyev həmişə mövqeyini açıq şəkildə bildirmişdir.Prezident Qarabağ haqqında bütün çıxışları zamanı ermənilərlə şərt əsnasında razılaşmayacağını və Azərbaycan Respublikasının bütün topraqlarından çəkilməsini qətiyyətlə bildirmişdir.Əks təqdirdə Ermənistan dövləti çox böyük zərbələr alacaq və yer üzündən silinəcəkdir.
Son baş verən döyüş zamanı ilk dəstək qardaş ölkə Türkiyədən gəldi.Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan bütün mətbuat çıxışlarında Azərbaycana lazım olan bütün dəstəklərini verəcəyini açıqlamışdır.Həmçinin Azərbaycan-Türkiyə ordu əməkdaşlığı müqaviləsinə əsasən Türkiyə və Azərbaycan ordusu həmin döyüş ərəfələrində taktiki döyüş təlimləri keçirərək Ermənistan və onun arxasında olan güclərə "Bir millət 2 dövlət" mesajını vermiş oldular
Bir gənc kimi əminəm ki,Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qarabağ məsələsini tezliklə həll edəcək və millətimiz həmişəki kimi firavan yaşayacaqdır.
Əhmədli Xəmməd
Nəsimi RİH könüllüsü