Dağlıq Qarabağ və Ermənistan münaqişəsi

21 Sentyabr 2020 20:53 (UTC+04:00)
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.
  Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib.
Erməni şovinisti Z.Balayanın 1981-ci ildə erməni dilində Yerevanda, 1984-cü ildə rus dilində Moskvada çap edilmiş “Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi, 1987-ci ilin noyabrında Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın Parisdə “L’Humanité” qəzetinə müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsini dəstəkləməsi, 1987-ci ilin payızında Yerevanda təşkil edilmiş mitinqlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa çağırışlar, ərazi iddiaları bu fəaliyyətin tərkib hissələri olub.
   Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoyub. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib.
  Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.  Məhz elə bu andan etibarən mənfur Ermənistan dövləti Azərbaycana qarşı etnik təmizləmə,DQMV-nin Ermənistana birləşdirilməsi siyasəti üçün   dəhşətli soyqırımlara əl atmışlar. Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.  Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı.Qarbaçov artıq hərəkətə keçməli idi.Bunun üçündə Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılması üçün həlledici bir plan olmuşdu.
   Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Təsadüfi deyil ki, Volski bu fəaliyyəti müqabilində erməni lobbisi tərəfindən “mükafatlandırılmış” , sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etmişdir.
Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.  
  Günümüzdə baş verən Erməni-Azərbaycan siyasətindən də söz açmaq yerinə düşər.Bildiyimiz kimi Ermənistanın hazırki dövlət başçısı Nikol Paşinyandır.Bu isə Azərbaycan dövlətinə sərf edir.Çünki Ermənistanın hazırki rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi.
   N.Paşinyan hakimiyyətə gəldikdən bəri dəfələrlə Azərbaycana yalvarmış və vaxt istəmişdir. Daha sonra Paşinyan  Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş  etmişdir. Paşinyan   Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş,  atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.O,atəşkəsin pozulmasının Ermənistan üçün dəhşətli sonluqla nəticələnəcəyini bilirdi.
   İyul hadisələrindən söz açsaq görərik ki, bu münaqişələr Ermənistan üçün məğlubiyyətlə nəticələnmişdir.Ermənistan o məğlubiyyəti qələbə kimi göstərməyə çalışsa da Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər bu iddianın əssasız olduğunu sübut etmişdir.Elə  Ermənistanın   Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti də qələbə iddialarının əsaasız olduğunu bir daha təsdiq edir.
  Paşinyan Azərbaycana qarşı  təxribatlar törətməkdəndə geri qalmır. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.  Ermənistanın işğal edilmiş torpaqlarda   məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin   dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. İyul hadisələri açıq silahlı təxribatdır.  Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi   açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.Bütün bu təxribatlarının məqsədi isə danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.  Buna isə Azərbaycan imkan verməyəcəkdir.
   Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  qeyd edir ki, “Belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq   məsuliyyətsizlikdir.Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.  Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır.Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu ,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.”
   Günümüzün reallığıdır ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır.Bilirik ki .Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir.  
Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək!
   Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığı barəsində danışmalı olsaq ilk növbədə Ermənistanda  islamofobiya  dövlət siyasəti olduğunu qeyd edərik . Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər.Amma Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır.   Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?  Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin.
     Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümüzü bildirmək istəyirik.
Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.  Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək .
    Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.  Təəssüf ki,1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik.  Amma biz mütləq öz torpaqlarımıza qayıdacağıq.Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq.Doğma yurdumuza Qarabağımıza geri dönəcəyik.Bizim olanı onlara verməyəcəyik.. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  
Nəsimi rayon gənci,Azərbaycan Dillər Universitetinin
 tələbəsi 
İbadova Günay Elşən qızı.