Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan "Nizami Gəncəvi Beynəlxalq Mükafatı" ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti tərəfindən "Beynəlxalq Mükafat Jürisi" yaradılıb.
Mərkəzdən Mövqe.az-a verilən məlumata görə, "Nizami Gəncəvi Beynəlxalq Mükafatı" BMT-nin əsasında duran dəyərlərə bağlı, yüksək mənəvi prinsipləri təcəssüm edən, demokratik dəyərlərə sadiq tanınmış fərdlərdən ibarət Jüri tərəfindən seçilərək hər il təqdim olunacaq.
Jüriyə Ülyahəzrət Kraliça Nur (Fəxri Sədr), İsmail Serageldin (İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti), Vaira Vike-Freiberga (Latviya Respublikasının sabiq prezidenti), Walter Fust (GlobalEtik.org prezidenti, YUNESKO-İTU Brodband Komissarı), Tarja Halonen (Finlandiyanın sabiq prezidenti), Giuli Alasania (Gürcüstan Universiteti Himayədarlar Şurasının sədri) və Melanne Verveer (ABŞ Qlobal Qadın məsələləri üzrə xüsusi səfiri - 2009-2013) daxildir.
Jürinin ilk toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçiriləcək.