Azərbaycan çempionu "Rabitə" beynəlxalq turnirə dəvət alıb. Mövqe.az-ın məlumatına görə, Bakı təmsilçisi Türkiyədə baş tutacaq yarışda qüvvəsini sınayacaq.
Sentyabrın sonuna planlaşdırılan turnirə "Rabitə" ilə yanaşı, İtaliyanın "Modena", Rusiyanın "Uraloçka" və yerli "Əczaçıbaşı" klubları qatılacaq. Onların 2 günlük mübarizədən sonra yoxlama oyunları keçirəcəkləri də istisna olunmur.