Erotika qalmaqalı: Vəfa Zeynalovanın əri danışdı
13 Avqust 2013 14:47 (UTC+04:00)
Mövqe.az dünən "İlahi məxluq" filmində çəkildiyi erotik səhnəyə
görə son zamanlar gündəmdə olan aktrisa Vəfa
Zeynalovanın boşandığı xəbərini yaymışdı. Belə ki,
mövqe.az-a Vəfa Zeynalovanın adının açıqlanmasını istəməyən
həmkarının dediyinə görə, aktrisanın həyat
yoldaşı Samir Rzayeva aktrisanın erotik
səhnəyə çəkilməsi xəbərini dözümsüzlüklə
qarşılayıb. Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə
çatıb və məhkəməyə müraciətlə yekunlaşıb.
Ancaq bu gün Samir Rzayev Facebook sosial şəbəkəsində məsələyə
münasibət bildirib və heç bir söz-söhbətin onların sevgisinə mane
ola bilməyəcəyini qeyd edib.
Samir Rzayev Facebook-da Vəfa Zeynalovaya müraciət edərək aşağıdakı
sözləri yazıb:
"Həyatım! Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə
fikirləşir! Sən Mənim həyatımsan, balalarımın anasısan. Səni çox
istəyirəm! Fikir vermə, öpdüm".
mövqe.az sizə həmin statusu olduğu kimi təqdim edir: