Nazir müavinindən açıqlama: "Əlillərə işləməklə bağlı qoyulan qadağa aradan qaldırılıb"

13 Avqust 2013 18:09 (UTC+04:00)

Azərbaycanda 1-ci və 2-ci qrup əlillərin işləməsinə qoyulan qadağa götürülüb. Bu barədə Movqe.az-a eksklüziv olaraq Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib. Nazir müavini bildirib ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin  kollegiyasının 20 aprel 2012-ci il tarixli 4 nömrəli qərarı ilə yeni arayış formaları təsdiq edilib. Həmin formalarda əmək gabiliyyəti qrafası ləgv edilib. Yəni bundan sonra əlillərə verilən arayışlarda əmək qabiliyyətli olub-olmadığı göstərilməyəcək. Bu isə əlillərə işə girərkən yaranan əngəli aradan qaldıracaq. Nazir müavini bidirib ki, artıg əlillərə verilən arayışlarda "əmək qabiliyyətsizdir" sözləri yazılmamalıdır. İ. Rəhimov, əlillər haradasa belə bir problemlə qarşılaşarlarsa nazirliyə məlumat vermələrini tövsiyyə etdi. Xatırladaq ki, 1 və 2-ci qrup əlillər Tibbi Sosial Ekspertiza Komissiyalarından (TSEK) işə təqdim etmək üçün arayış ala bilmirlər. Onlara verilən arayışlarda əmək qabiliyyətsiz olduqları qeyd edildiyindən, əlillər həmin arayışı iş yerlərinə təqdim eə bilmirdilər. Qeyd edək ki, arayış formalarına dəyişiklik edilsə də, hələki "Əmək Məcəlləsi"nin 42.3 bəndindəki müddəa dəyişdirilməyib. "Əmək Məcəlləsi"nin 42.3 bəndində göstərilib ki,qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.Amma İlqar Rəhimov heç bir ziddiyyət olmadığını söyləyib: "Məncə hec bir ziddiyət yoxdur. TSEK-lər tərəfindən fəaliyyət qabiliyyətinin itirilmə faizləri muəyyən edilir. Bu o demək deyil ki, həmin şəxslərin fəaliyyət qabiliyyəti yoxdur. Hətta 1 faiz qabiliyyəti olan insanlar hansısa faydalı işlə məşgul ola bilərlər. Beynəlxalq konvensiyalarda da bu müddəalar öz əksini tapıb. Əgər hər hansı problem varsa, mən rəsmi məktub verməyə hazıram".