Binəqədi Rayon Ağsaqqalar Şurası Prezidentlə fəxr edir
2 Oktyabr 2020 11:57 (UTC+04:00)
Sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə ölkə başçısı cənab İlham Əliyevin çıxışı böyükdən kiçiyə hər bir Azərbaycan Respublikası vətəndaşına böyük qürur yaşatdı.
Cənab prezidentin yüksək siyasi xadim kimliyi, mükəmməl tarixi biliyi və əsl lider keyfiyyətləri istənilən beynəlxalq tirubunada xalqını qüsursuz təmsil etməsində özünü göstərməkdədir.
Ordumuzunuz işğal olunmuş torpaqlarda həyata keçirdiyi əks hücum tədbirlər qədər onun Ali Baş Komandanının sərgilədiyi əsl liderlik keyfiyyətləri də düşmənə ağır və sarsıdıcı zərbələr vurmaqdadır.
Ali Baş Komandanın ona ünvanlanmış suallara dolğun və mətin cavablar verməsi, Azərbaycan xalqının idarəsinin məntiqi əksidir.
Xalqın prezidentinə olan güvəni, onun siyasətinin tərəddütsüz dəstəkləməsi bu gün dünya ictimaiyyəti tərəfindən Azərbaycan gerçəklərinin tanınmasına, Azərbaycanın haqlı davasının dəstəlkənməsinə öz töhfəsini verir.
Ermənistan prezidentinin heç bir məntiqə və həqiqətə sığmayan fikirləri onun və ermənistan kriminal rejiminin döyüş meydanında olduğu kimi, ali platformalarda da Azərbaycan xalqına, onun rəhbərinə və ordusuna açıq şəkildə məğlub olduğunun sübutudur.
Həqiqətən də cəmiyyətin hər bir fərdinin vətəninin müdafiəsi, iğal olunmuş torpaqların azad edilməsi uğrunda göstərdiyi vətənpərvərlik, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi həyata keçirilmiş əməliyyatda şanlı ordumuzun qısa zamanda zəfər qazanacağına əminliyimizi daha da artırır.
Qəlbi Azərbaycan ordusu ilə döyünən vətəndaşlarımız əmin ola bilərlər ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı bayrağımız qıza zaman ərzində Şuşada, Laçında və işğaldan azad olunacaq bütün torpaqlarımızda dalğalanacaq.