Ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə sənəd qəbulu başa çatıb

14 Avqust 2013 11:04 (UTC+04:00)

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə sənəd qəbulu başa çatıb.


TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəd qəbulu bu gün saat 09:00-da bitsə də, sənədlərin sayılması prosesi davam edir.

 

Hələlik 1500 nəfərin sənəd verdiyi açıqlanıb. Bunlardan 1364 nəfəri Azərbaycan, 136 nəfər isə Rus bölməsini bitirmiş bakalavrlardır.

 

Yekun rəqəm proses başa çatandan sonra məlum olacaq.