Fransa işğalçı Ermənistanı dəstəkləyir
2 Oktyabr 2020 19:16 (UTC+04:00)
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ və Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri üzərində baş vermiş etnik münaqişə və ərazi mübahisəsi Dağlıq Qarabağ Respublikası de-fakto olaraq müstəqil, amma BMT üzvü olan dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur.
Bildiymiz kimi, 27.09.2020 tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif çaplı artilleriya qurğuları ilə intensiv atəşə tutmuşdur. Bu hücumun qarşısının alınması məqsədi ilə mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Nətiəcədə ATƏT-in Minsk qrupu- Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk Qrupu , Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında yəni sülh yolu və danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurum olmasına baxmayaraq, son 28 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret nəticələr əldə etməyib.
Bir müddət əvvəl isə Fransa parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb. Bir neçə gün öncə isə, adıçəkilən ölkənin Milli Assambleyası qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qərar qəbul edib. Təbii ki, bu məsələ daima erməni terrorundan əziyyət çəkən Azərbaycan xalqını, ölkə ictimaiyyətini razı sala bilməz. Keçmişə nəzər salsaq görərik ki, "vətəndaş və insan hüquqları" ilə bağlı ilk bəyannamə XVIII əsrdə məhz Fransada qəbul olunub. İnsan haqları ilə bağlı ilk bəyannamənin qəbul olunduğu bir ölkədə demokratiyaya, insan azadlıqlarına zidd qərarın verilməsi qəbul olunmazdır. Azərbaycanın işğal olunmuş torpaqlarını tam azad etmək hüqununa malikdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tananmış tarixi torpağıdır. Mövcud vəziyyətdə isə Fransa işğalçı Ermənistanı dəstəkləyir və obyektiv deyil. Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə dair verdiyi bəyanat təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir.
Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Misal olaraq, Vyetnamda, Cibutidə, Çadda və Tunisdə törədilmiş soyqrımları söyləmək olar. Hər kəsə məlum olduğu kimi, axı ermənistan da Azərbaycana qarşı soyqırım törətmişdi. Bu soyqrım Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qaldı. Əslində tarixi vərəqlədikdə hər şey aydın olur. Ermənistanın silahlı hücumuna, qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və digərləri tərəfindən adekvat qiymət verilsəydi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq. Buna görə də biz xarici dövlət başçılarını, beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.
Fidan Nəbiyeva
Nəsimi RİH könüllüsü.