Sevdanın konsertində pul qalmaqalı

14 Avqust 2013 20:00 (UTC+04:00)

Müğənni Sevda Yahyayevanın ötən gün yerli restoranların birində keçirilən konsertdə çıxışı baş tutmayıb.


Bu barədə Axşam.az-a müğənninin prodüseri Tolik məlumat verib.

Onun sözlərinə görə, buna səbəb təşkilatçıların söz verdikləri qonorarı əvvəlcədən ödəməməsi olub.

Pulu vaxtında ala bilməyən Tolik gecənin fəxri qonağı olan ifaçının səhnəyə çıxmasına icazə verməyib.