Bu gün Azərbaycan Respublikasında baş verən hadisələr, xüsusi ilə də Dağlıq Qarabağ bölgəsində hökm sürən gərgin vəziyyət bütün dünya ölkələrinin diqqətindədir. Dünya ölkələri hər keçən gün bir az daha Azərbaycan Ordusunun gücünün şahidi olur. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu əvəzolunmadır. Ölkə başçısı son günlərdə dünya ölkələrinin KİV-nə verdiyi qətiyyətli açıqlamaları ilə Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirir . Bu gün isə Prezident İlham Əliyev Türkiyənin “TRT-Haber" televiziya kanalına müsahibə verib.
Aparıcının suallarını cavablayan Ölkə başçısı cəbhə xəttində əldə olunmuş uğurlar,münaqişənin başlama səbəbləri,Ermənistan hökümətinin işğalçılıq siyasəti haqqında vacib məqamlara toxunub. Cəbrayıl rayonu və bir neçə şəhəri işğaldan azad edilib. Bizim əsas məqsədimiz Azərbayacan Respublikasının ərazi bütövlüyünü bərpa etməkdir. Azərbaycan Ordusu öz missiyasını uğurla davam etdirir. Atəşkəs rejimininin müəyyən şərtlərlə təmin olunmasını vurğulayan Prezident İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, “ 30 ildir torpaqlarımızın geri qaytarılması üçün bir ümid olduğuna görə danışıqlar prosesində iştirak etmişdir,lakin onların heç bir nəticəsi olmamışdır. Atəşkəsin bərpa olunması üçün Paşinyan Azərbaycan xalqından üzr istəməlidir və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq deməlidir ki,Qarabağ Ermənistan deyil. “
Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən ölkə rəhbəri Türkiyənin bizə verdiyi mənəvi dəstəyin böyüklüyünün bizim üçün çox önəmini vurğulayıb . Türkiyənin Pilotsuz Uçuş Aparatları sayəsində hərbi proseslərin daha da uğurla alındığını qeyd edib. Türkiyə timsalında yanımızda olan Pakistan,Əfqanıstan və digər dövlətlərə də dəstəklərinə görə təşəkkürünü bildirmişdir .Ulu öndər Heydər Əliyevin həm siyasi, həm də iqtisadi sahədə qoyduğu yolun uğurlu davamçısı olan Ölkə başçısı Azərbaycan torpaqlarında ikinci bir Ermənsitan dövlətinin yaranmasına yol verməyəcəyini qəti olaraq qeyd edib. Dağlıq Qarabağ bizimdir-Azərbaycan ərazi bütövlüyünü təmin edəcəkdir.
Məmmədli Cəmil
Nəsimi rayon gənci