Heç bir təzyiq Azərbaycan ədalətli yolundan döndərə bilməz
6 Oktyabr 2020 16:10 (UTC+04:00)
Bu gün tarixi bir hadisəni yaşayırıq . Xalqımız 27-28 ildir bu günü gözləyirdi. Cənab Prezident,Ali Baş Komandan İlham Əliyev başda olmaqla silahlı qüvvələrimizi və xalqımızı kəndlərimizin azad olunması, işğalçı Ermənistana layiqli cavab verilməsi münasibəti ilə təbrik edirik. İnanırıq ki, qələbə xəbərləri daha da artacaq və biz torpaqlarımızın hamısını mütləq işğaldan azad edəcəyik.
10 milyon vətəndaşın hər biri cənab Prezidentin hərbi vəziyyətin elan olunması ilə bağlı fərmanın altından imza atmağa hazırdır. Azərbaycan xalqı bu günü gözləyirdi. Torpaqlarımız tam azad edilənə qədər hər bir əsgər rəşadətini göstərəcək. Hər birimiz əsgərlərimizin yanındayıq, hər birimiz Prezident İlham Əliyevin qətiyyətini müdafiə edirik və Azərbaycanın milli maraqları naminə üzərinə düşən tarixi missiyanı şərəflə yerınə yetirdiyinə görə ona təşəkkür edirik.
Siyası partiyalarının mütləq əksəriyyətinin bu vəziyyətdə ölkə rəhbərinin, Ali Baş Komandanın yeritdiyi siyasəti müdafiə etməsi Azərbaycanda milli məsələdə hamının bi yerdə olmasının bariz göstəricisidir. Azərbaycan son iki ayda diplomatik, hərbi və informasiya sahəsində o qədər çevik və sistemli siyasət yeritdi ki, bu gün biz əvvəlki dövrlərdən fərqli olaraq düşmənin qarşısinda daha hazırlıqlı vəziyyətdəyik.
Əvvəlki döyüşlərdən fərqli olaraq ordumuz lazımınca düşmənin dərsini verəcək. Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz olunması, güclənməsi dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Ermənistandan fərqli olaraq mülki insanları atəşə tutmur.
Son aylar Azərbaycan diplomatiyası uğurla beynəlxalq ictimaiyyəti regionda baş verənlər, həmçinin Ermənistan hücuma hazırlaşdığı və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Azərbaycan Prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyasındakı çıxışı son dərəcə təsirli və əhəmiyyətli idi. Birinci vitse-prezident Mehriban xanımın Qərb ölkələrində Pakistanda apardığı uzun müddətli humanitar iş bu gün oz müsbət nəticəsini göstərməkdədir.
Bizim üçün müstəsna əhəmiyyət kəsb edən böyük qonşularımızın münasibətinə gəldikdə isə qardaş Türkiyənin reaksiyasının necə olacağı bəlli idi. Biz qardaş ölkənin cəsur və müdrik lideri Ərdoğana, Çavuşoğluna, Hulisi Akara, Mustafa Şentopa və bütövlükdə türk hökumətinə, qardaşlarımıza son dərəcə minnətdarıq. Biz qardaş Pakistan Respublikasına da tutduğu ədalətli və prinsipial mövqeyinə görə təşəkkür etməliyik.
Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları heç zaman yaddan çıxarmayacaq. Onların beynəlxalq hüququ müdafiə etməklə Azərbaycan ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması hər iki ölkənin beynəlxalq nüfuzunu da artırmış olardı. Hazırda ordumuzun qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, qarşıya qoyulmuş vəzifəni qısa müddətdə yerinə yetirsin.
Fransa prezidentinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı son bəyanatı qeyri-adekvatdır və heç bir çərcivəyə sığmır. Beynəlxalq mandata zidd olan belə bəyanatlar sülhə deyil, balansın pozulmasına gətirib çıxarır, Fransa Hökumətinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, dahada qızışdırılmasına, status-kvonun saxlanılmasına gətirib çıxaran bəyanatlar verməsi qəbul edilməzdir ona görədə Minsk qrupunun formatına yenidən baxılmalı və Fransa bu məsələlərə özünün ciddi münasibətini bildirməlidir.
Zamanında fəallıq göstərməyən, Ermənistana qarşı kəsərli təsir mexanizmlərinin tətbiq etməyən, işğalçıya “dur” deməyən təşkilatlar və bir sıra dövlətlər son günlər atəşkəsdən, sülh danışıqlarından dəm vurmağa başlayıblar.Lakin Azərbaycan zamanında onları xəbərdar etmiş. Ermənistanı işğalçı siyasətdən çəkindirməyə, Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin 4 qətnaməsinin yerinə yetirlməsini çağırmışdı.Bütün bunlara laqeyd yanaşıldığından, Ermənistanın işğalçı əməllərinə göz yumulduğundan Azərbaycan işğal olunmuş ərazilərində beynəlxalq hüququn normalarını özü bərpa edir. Ona görə indi hansısa təşkilatın və ya dövlətin danışıqlara çağırışı artıq gecdir.
Beynəlxalq aləmdə vassal dövlət kimi tanınan Ermənistan dərin sosial iqtisadi böhranla və kəskin daxili siyasi qarşıdurmalarla üzləşmişdir. N.Paşinyan hakimiyyəti Ermənistanda əhalinin diqqətini ağır vəziyyətindən yayındırmağın çıxış yolunu Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə görür ki, onun bu niyyətidə uğursuzluğa məhkumdur. N. Paşinyanın siyasəti nəticəsində Ermənistan ağır böhran yaşayır ki, ermənililərin özləri belə KİV-də və sosial şəbəkədəki çıxışlarında vəziyyətdən çıxış yolu tapılmasının çətin olduğunu bildirirlər. Ermənistanda siyasi proseslər demək olr ki, nəzarətdən çıxmış, N.Paşinyanın “küçə demokratiyası” erməniləri aclıq və səfalətlə üz-üzə qoymuş,hakimiyyət daxili qarşıdurmalar isə səngimir.
Ermənistan hakimiyyəti nə qədər ki, gec deyil hərbi əməliyyatları dayandırmalı, Prezident İlham Əliyevin oktyabrın 4-də xalqa müracitə zamanı irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Bu şərtlər Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq olkəmizin ərazilərini tərk etməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, xalqımızdan üzr istəməsi Dağlıq Qarabağın Azərbayacana məxsus olduğunu bildirməsi və işğal edilmiş ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması qrafikini Azərbaycana verməsindən ibarətdir.
Nəsimi rayon sakini
Quliyev Ağabala Maşalla oğlu.