Validə Abbasova özündən çıxdı (FOTO)
15 Avqust 2013 12:33 (UTC+04:00)
"Miss Millenium" Validə Abbasova qızı ilə bağlı yayılan xəbərlərə
əsəbiləşib. Model Axşam.az saytına açıqlamasında övladı ilə bağlı
xəbərlərin yazılmasına qadağa qoyduğunu bildirib: "Heç vaxt ailəm,
qızım Kamilla haqda açıqlamalar verməmişəm. İndiyədək həmişə
susmuşam. Bundan sonra mətbuatda qızım haqda yazılmasına icazə
vermirəm. Bunlar qanuna zidd hərəkətlərdi. Heç kim mənim icazəm
olmadan ailəmdən yazmasın. Əks halda məhkəmə qarşısında cavab
verəcəklər".
Xatırladaq ki, bir neçə gün öncə mediada Validə Abbasovanın qızı
Kamillanın nişanlandığı haqda xəbər yayılıb. Miss Milenium
Valida Abasovanın qızı Cəmilənin nişanlanması barədə "Facebook"
səhifəsində yazıb.
Belə ki, dostlarından biri modeldən onu qızı ilə tanış etməsini
xahiş edib. Valida isə cavabında, "Nənim qızım nişanlıdır", deyə
cavab verib.