Azərbaycanlı reper : "Aliment ödəyirəm..."-ÖZƏL

15 Avqust 2013 12:41 (UTC+04:00)

Bir neçə gün öncə mövqe.az  keçmiş həyat yoldaşı Sona Muradovanın reper Hüseyn Dəryadan şikayət etməsi ilə bağlı xəbər vermişdii. S. Muradova bildirmişdi ki, reper atalıq borcunu yerinə yetirmir və aliment ödəmir.  

Bu gün reper ilə Mövqe.az olaraq əlaqə yaratdıq. Reper H. Dərya bildirib ki, o oğlunun hər ehtiyacını mütamadi olaraq qarşılayır və aliment də ödəyir: " Onu kim deyib yalan deyib. Mən əlbəttə ki, oliment də ödəyirəm, atalıq borcumu da yerinə yetirirəm. Yoldaşımla da aramda heç bir problem yoxdur. O,  mənim oğlumun anasıdır və mən bunu unutmuram".