Türkdilli Dövlətlərin Əməkdaşlıq münasibətlərinin inkişafı üçün nazirlərin görüşü keçirilir

15 Avqust 2013 12:59 (UTC+04:00)

Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının görüşü başlayıb.


APA-nın məlumatına görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edir.

 Toplantıda türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyətinə dair perspektivlər müzakirə olunur. Toplantıda xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolunun imzalanması nəzərdə tutulur. Qəbul olunacaq qərarlar təsdiq üçün avqustun 16-da dövlət başçılarının görüşünə təqdim olunacaq.

 

Xatırladaq ki, avqustun 14-də xarici işlər nazirliklərinin yüksək vəzifəli məmurlarının iclası keçirilib.