Azərbaycanlı aktrisa: "Soyunaram, amma sekslə məşğul olmaram"-VİDEO

15 Avqust 2013 14:02 (UTC+04:00)

Son vaxtlar aktrisa Vəfa Zeynalovanın erotik epizoda çəkilməsinə qarşı birmənalı olmayan fikirlər bir çox aktrisaları da əməlli-başlı qəzəbləndirib. Əməkdar artist Mehriban Xanlarova açıqlama verərək vaxtilə özünün də erotik filmə çəkildiyini etiraf etdi və bununla fəxr etdiyini söylədi:


"Azərbaycanda ilk dəfə fahişə roluna mən çəkilmişəm - Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində. Erotik rol idi, mən orda gecə köynəyimi yuxarı dartmışam. Açıq səhnə demək olardı ona. Həmin vaxt məni az qala daş-qalaq edəcəkdilər. Hətta xəbərlər yayıldı ki, Mehribanı döyüblər. Düzdür, bəzi ağzıgöyçək arvadlar üstümə gəldilər, amma özləri deyib özləri də eşitdilər. Hollivud filmlərinin erotika və sekslə dolu olan səhnələrini acgözlüklə seyr edən bizim kişilər indi nə yaman mühafizəkar olublar?"


Aktrisa onu da bildirdi ki, bir vaxtlar Rasim Ocaqovun lentə aldığı "Təhminə" filmindəki Təhminə obrazı ona həvalə edilibmiş, amma nədənsə sonradan türkiyəli aktrisaya verilib:


"Mən təyin olunmuşdum o rola, yataq səhnəsinə də çəkiləcəkdim. Amma bilmədim nə oldu, Rasim Ocaqov qəfildən Meral Komratı bu filmə dəvət etdi. Bəh-bəhlə o səhnəyə baxırlar, amma mən çəkilsəydim, şəbədə qoşardılar".


"Hansısa rejissor yataq səhnəsinə dəvət etsə, çəkilərsinizmi" sualına Mehriban xanım belə cavab verdi:


"Məmnuniyyətlə. İstər əcnəbi, istərsə də yerli bir rejissor məni yataq səhnəsinə dəvət etsə, razılıq verərəm. Yalan nə deyim, soyunaram, amma sekslə məşğul olmaram". (publika.az)