Məlumata görə ABŞ-da yüngül atletika ilə məşğul olduğu bildirilən qadın idmançı, marafon yarışları üçün hazırlaşdığı bir dövrdə çəkdiyi sancı ilə əlaqədar xəstəxanaya aparılıb.
Xəbərə görə, Trish Stain məşqdə belində narahatlıq hiss etdiyini söyləyib, hamilə olduğunun fərqində olmadığı üçün bunun bir əzələ sıxılması olduğunu düşünüb.
Xəstəxanaya getdikdə isə ona hamilə olduğunu deyiblər.
Stain, ertəsi gün xəstəxanada ana olub. Onun sözlərinə görə həmin müddət ərzində nə çəki alıb nə də daxildə bir hərəkətlilik hiss edib.
Verilən məlumatda oda bildirilir ki, Stain, dünyaya gələcək körpəyə "Möcüzə" adını verəcəyini bildirib.