İranda iki azərbaycanlı daşqalaq ediləcək

15 Avqust 2013 21:00 (UTC+04:00)

Movqe.az-ın "Oyannews"a istinadən məlumatına görə, Zəhra Pur Sayi və Əli Sayi Başsız Şərqi Azərbaycan vilayətinin Cinayət Məhkəməsinin ikinci şöbəsi tərəfindən zinada günahlandırılaraq daşqalaq olunmaqla ölüm cəzasına məhkum ediliblər. Ancaq müttəhimlər bu qərarla razılaşmayıblar və onların vəkili kasassasiya şikayəti verib.

İran Ali Məhkəməsinin 7-ci şöbəsində işə yenidən baxılıb və şikayət rədd edilərək aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bu hökm 2012-ci il dekabrın 16-da onlara elan edilib. Hazırda azərbaycanlı məhbuslar Təbriz şəhərinin mərkəzi həbsxanasında daşqalaq ediləcəkləri günü gözləyirlər.