Türkdilli Dövlətlər öz aralarında Türkmənistan və Özbəkistanı da görmək istəyirlər

16 Avqust 2013 13:28 (UTC+04:00)

Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində ölkələr arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub.


APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında qurumun baş katibi Xəlil Akıncı deyib. O, tezliklə Türkmənistan və Özbəkistanı da aralarında görməyi arzuladıqlarını bildirib.

 

Ötən il 20-dən artıq toplantının keçirildiyini qeyd edən X. Akıncı dövlət başçılarına 300 səhifəlik hesabat təqdim etdiklərini açıqlayıb.

 

Toplantıda universitetlər birliyinin yaradılması, idman, mədəniyyət, nəqliyyat, gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Gömrük sahəsində əməkdaşlıq üçün yük daşınmalarının təşviqi planlaşdırılıb.

 

Tədbirdə həmçinin Dağlıq Qarabağ, Kipr, Əfqanıstan və Suriyaya dair məsələlər də müzakirə edilib.

 

Sentyabr ayında Nyu-Yorkda türkdilli dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərini geniş müşahidəçi missiyası ilə izləyəcək.