Gəncədə taksi sürücüsünü müştərilər qətlə yetirdi
16 Avqust 2013 16:48 (UTC+04:00)
Gəncədə müştərilər taksi sürücüsünü qətlə yetirib.
Hadisə ötən gün 21:00 radələrində Gəncə şəhəri Atatürk prospekti
bina 8-in yaxınlığında baş verib.
Samux rayon Karayeri kənd sakini 25 yaşlı Nail
Ağayev taksi fəaliyyəti ilə məşğul olarkən müştəriləri tərəfindən
təzyiqə məruz qalıb. Belə ki, taksinin xidmətindən istifadə edərək
ödəniş etmək istəməyən şəxslər sürücü Nail Ağayevlə mübahisə edib
daha sonra onu bıçaqlayıblar.
Ağır bədən xəsarətləri alan yaralı elə hadisə
yerindəcə dünyasını dəyişib. Gəncə şəhər Prokurorluğunda baş vermiş
bıçaqlanma hadisəsilə bağlı cinayət işi açılıb. Hazırda hadisənin
kimlər tərəfindən törədildiyi istintaq sirri olduğundan
ictimaiyyətə açıqlanmır. (ANSPRESS.COM)