Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20 Oktyabr 2020 12:05 (UTC+04:00)
SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cumlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
Bütün cəbhə boyu məğlubiyyətə uğrayan düşmən öz nifrətini ortaya qoyaraq dinc əhalini hədəfə aldı. Gecə saatlarında cəbhə bölgəsindən çox uzaqlarda yerləşən Gəncə şəhərində mülki əhalinin hədəf alınmasının bir adı var, bu da terrodur. Heç şübhəsiz ki, bu terror aksiyasına görə birbaşa məsuliyyəti Paşinyan daşıyır. Hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır. Mənfur düşmənin bu cür hərəkətlərinə biz göz yuma bilmərik. Düzdür, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə bu caniləri cəzalandırmaqda davam edir. Lakin onlar da çirkin əməllərindən əl çəkmirlər.
Beynəlxalq arenada işğalçı və daim özgə torpaqlarında gözü olan dövlət kimi tanınan Ermənistan dünya miqyasında terrorçu ölkə imici də qazanmışdır. Hazırda Ermənistanın öz siyasətində terrordan istifadə etməsi və beynəlxalq miqyasda terrora dəstək verməsi dünya birliyini narahat edir. O da məlumdur ki, Ermənistan müxtəlif terrorçu təşkilatların silahla təmin edilməsində, belə təşkilatlara müxtəlif mənbələrdən silah çatdırılmasında fəal rol oynayır.
Ən böyük, danılmaz həqiqət budur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hazırki müharibə bizim Vətən müharibəmizdir. Müharibə Azərbaycanın qalibiyyətli irəliləyişi ilə davam edir. Ermənistan tərəfi uduzduqca quduzlaşır, cəbhə bölgəsinin dinc əhalisini iriçaplı silahlardan, müharibə zonasından uzaq Azərbaycan ərazisini-Gəncə şəhərini raket atəşinə tutmaqla torpaqlarımızın azad edilməsi prosesini əngəlləməyə çalışır. Bu cinayətkar hücumlar nəticəsində dinc əhalininin öldürülməsi, yaralanması, mülki obyektlərin dağıdılması düşmənin öz insanlığını itirməsinin aşkar göstəricisidir. Onlar törətdikləri terrora görə, Azərbaycan xalqının və ümumilikdə bütün dünyanın qarşısında cavab verəcəklər.
Əliyeva Zenfira
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi